Profilaktika məqsədilə dezinfeksiya infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq, onun qarşısını almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-profilaktika və uşaq müəssisələrinin otaqlarını 0,5 %-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləmək, əlləri tez-tez sabunla yumaq, suyu xlorlaşdırmaq, xəstəlik törədiciləri ilə daimi mübarizə aparmaq aiddir. Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur.
Mexaniki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir. Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir.
Mexaniki üsullardan ən çox qaynatma, həmçinin, kimyəvi məhlullarla (2%-li natrium-bikarbonat və ya sabun, sabunlu-sodalı məhlul, 1%-li kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma və s. tətbiq edilir. Dezinfeksiya üçün su buxarından da istifadə olunur. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər. Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullardan (xlorlu əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir. Bu məhlullar öz fəallığını 15 gün saxlayır.